WLAN bağlantısı
İnternetə qoşulmaq üçün siz simsiz lokal
şəbəkədən (WLAN) istifadə edə
bilərsiniz. Siz mövcud şəbəkələri axtara
və onlara qoşula bilərsiniz, üstün
tutduğunuz şəbəkələri saxlaya və idarə
edə və bağlantı parametrlərini dəyişə
bilərsiniz.
Cihazınız avtomatik WLAN xotspot
autentifikasiyasını dəstəkləyir və bu cür
təsdiqin İnternetə qoşulmaq üçün tələb
olunduğunu avtomatik olaraq
aşkarlayacaq, məsələn, bəzi ictimai
yerlərdə.
Batareyanızın gücünə qənaət etmək
üçün WLAN bağlantınızı istifadə
etmədiyiniz halda onu bağlayın. Əgər
WLAN bağlantısı təxminən 5 dəqiqə
ərzində istifadə olunmursa, o avtomatik
olaraq kəsilir.
Bluetooth funksiyasının söndürülməsi
WLAN bağlantısının stabilliyini
yaxşılaşdıra bilər.
Simsiz LAN istifadə edən funksiyalar
batareyadan istifadəni artırır və
batareyanın ömrünü azaldır.
Qeyd: Bəzi ölkələrdə WLAN istifadəsi
üzrə məhdudiyyət ola bilər. Məsələn,
Fransada WLAN şəbəkələrindən yalnız
mənzil daxilində istifadə etməyə icazə
verilir. Daha ətraflı məlumat üçün yerli
orqanlarına müraciət edin.