Mətn mesajları
Cihazınız bir mesaj həddindən əlavə
mətn mesajlarını dəstəkləyir. Uzun
mesajlar iki və daha çox mesaj kimi
göndərilir. Sizin xidmət provayderiniz
sizdən müvafiq ödəniş tələb edə bilər.
Vurğu və digər işarələri istifadə edən
simvollar və ya bəzi dil seçimləri daha çox
yer tutur və bir mesaj çərçivəsində
göndərilən simvolların sayını
məhdudlaşdırır.
Qalan simvolların ümumi sayı və
göndərmək üçün lazım olan mesaj sayı
göstərilir.
Mesajları göndərmək üçün aparatınızda
düzgün mesaj mərkəzinizin nömrəsi
saxlanılmalıdır. Adətən bu nömrə
avtomatik olaraq SIM kartınız vasitəsilə
quraşdırılır.
Nömrəni əl ilə təyin etmək üçün
aşağıdakını edin:
1
Menyu
>
Mesajlar
>
Daha artıq
>
Mesaj parametrləri
>
Mətn
mesajları
>
Mesaj mərkəzi
seçin.
2 Adı və xidmət təminatçınızın təqdim
etdiyi nömrəni daxil edin.
16
Menyularda əməliyyatlar keçirin
© 2011 Nokia. Bütün hüquqlar qorunur
Multimedia mesajları
Multimedia mesajı mətn, şəkillər, səs və
ya video kliplərdən ibarət ola bilər.
Yalnız müvafiq elementləri olan cihazlar
multimediya mesajlarını qəbul edə və
ekranda nümayiş edə bilər. Mesajın
görünüşü qəbul edən cihazdan asılı
olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının
ölçüsünü məhdudlaşdıra bilər. Daxil
edilmiş şəkil bu limiti aşarsa, cihaz onu
MMS-lə göndərilə biləcək ölçüyə qədər
balacalaşdıra bilər.
Mühüm: Mesajları ehtiyatla açın.
Mesajlarda zərərli proqramlar və ya sizin
cihaz və ya kompüteriniz üçün zərərli olan
digər proqramlar ola bilər.
Multimedia mesaj xidmətinin (MMS)
mümkünlüyü və abunəlik üçün xidmət
provayderiniz ilə əlaqə qurun.
Cihazınızı zərərli tərkibdən qoruyun.
Cihazınız viruslara və digər zərərli
tərkblərə məruz qala bilər. Aşağıdakı
ehtiyat tədbirlərini həyata keçirin:
•
Mesajları açarkən ehtiyatlı olun.
Onlar zərərli proqramlar ehtiva edə
bilər və ya cihazınız və ya
kompüteriniz üçün zərərli ola bilər.
•
Bağlantı sorğularını qəbul edərkən,
interneti gözdən keçirərkən və ya
tərkib yükləyərkən ehtiyatlı olun.
Etibar etmədiyiniz mənbələrdən
Bluetooth əlaqəsini qəbul etməyin.
•
Yalnız etibar etdiyiniz və müvafiq
təhlükəsizlik və təminat təklif edən
mənbələrin xidmətlərini istifadə edin
və proqramlarını quraşdırın.
•
Cihazınıza və qoşulan hər hansı
digər kompüterə antivirus və digər
təhlükəsizlik proqramını yükləyin.
Eyni zamanda yalnız bir antivirus
proqramı istifadə edin. Daha
çoxundan istifadə cihazın və ya
kompüterin fəaliyyətinə və
əməliyyatına təsir edə bilər.
•
Cihazınızda üçüncü tərəf internet
saytlarına əvvəlcədən qurulan
əlfəcinlərə və bəndlərə daxil olsanız,
ehtiyat tədbirlərini həyata keçirin.
Nokia belə saytlar üçün heç bir
məsuliyyət daşımır.
Mesaj yaratmaq
1
Menyu
>
Mesajlar
>
Mesaj yarat
seçin
2 Mesajınızı yazın.
Xüsusi işarəni yaxud emosiya
işarəsini daxil etmək üçün
Seçimlər
>
Simvolu daxil et
seçin.
Mesaja obyekt qoşmaq üçün
Seçimlər
>
Ob-ti yerləşdir
seçin.
Mesaj növü avtomatik olaraq