
Klaviatura vasitəsilə mətni yazmaq
Sizin cihazınızın tam klaviaturası var.
Yazı dilini qurmaq
Seçimlər
>
Yazı dili
və istədiyiniz dili
seçin. Yazı dilini dəyişmək üçün siz
həmçinin ilk olaraq funksiya düyməsini,
sonra isə ctrl basa bilərsiniz.
Rəqəm və hərf rejimi arasında dəyişiklik
İstədiyiniz mətn daxiletməsi üsulu üçün
işarə göstərilənə qədər funksiya
düyməsini təkrar olaraq basın.
Rəqəm rejimini kilidləmək
Funksiya düyməsini iki dəfə basın.
Rəqəm rejiminin kilidini açmaq
Funksiya düyməsini basın.
İşarə reyestrləri arasında dəyişiklik
Shift düyməsini basın.
Düymələrin sağ yuxarı küncündəki rəqəm
və ya işarələri daxil etmək
Müvafiq düyməni basıb saxlayın.
İşarəni silmək
Sil
seçin. Siz Backspace (Geri) düyməsini
də basa bilərsiniz.
Xüsusi işarələri daxil etmək
İşarə düyməsini basın və istədiyiniz
işarəni seçin. Daha çox işarəyə baxmaq
üçün işarə düyməsini yenidən basın.
14
Mətn yaz
© 2011 Nokia. Bütün hüquqlar qorunur

Yeni xətt daxil etmək
Enter (Daxil et) düyməsini basın.
Boşluq əlavə etmək
Boşluq düyməsini basın.
Mətni köçürmək və ya kəsmək
Shift düyməsini basıb saxlayın və
nüsxələmək və ya kəsmək istədiyiniz
sözə, ifadəyə yaxud xəttə keçin ki, onu
işıqlandırasınız. Ctrl düyməsini basıb
saxlayın sonra isə C (nüsxələmək) və ya
X (kəsmək) basın.
Mətn daxil etmək
İstədiyiniz yerə keçin, Ctrl düyməsini
basıb saxlayın, sonra isə V basın.