
Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar
radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri
şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet
vasitəsilə səs zənglərini dəstəkləyirsə (internet zəngləri),
həm internet zənglərini və həm də mobil telefonu
aktivləşdirin. Hər ikisi aktivləşdirilərsə, cihaz həm mobil
şəbəkə, həm də sizin internet zəngi provayderi ilə təcili
yardım zəngləri etməyə çalışacaqdır. Hər şəraitdə
bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi
əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar
etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq
siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq,
aşağıdakıları tamamlamalı ola bilərsiniz:
•
Cihazınıza SİM kart daxil edin.
•
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng
məhdudiyyətlərini götürün.
•
Profilinizi Qoşulu olmayan və ya Uçuş rejimi
profilindən aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək
üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil
edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq
fərqlənir.
4
Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün
qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız
yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək
zəngi bitirməyin.