![background image](https://i.helpdoc.net/Nokia C3 00/az/Nokia C3 00_az035.png)
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda
normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5
santimetrdən (5/8 düym) bədəndən uzaq olduqda cavab
verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər
qısqacı və ya tutqacda metal tərkibli olmamalı və
bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli
şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları
belə bağlantı yaranana qədər ləngiyə bilər. Ötürülmə
tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara
riayət edin.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə
bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri
cihazın yanında qoymayın, çünki onlarda olan məlumat
silinə bilər.