Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın.
Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
•
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ
maye və rütubətin tərkibində eletron sxemlərin
korroziyasına səbəb olan minerallar ola bilər.
Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın
tam qurumasını təmin edin.
•
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya
saxlamayın. Ayrıla bilən hissələr və elektron
komponentlər zədələnə bilər.
•
Cihazı yüksək temperaturda saxlamayın. Yüksək
temperatur cihazın istehlak müddətini qısalda,
batareyanı zədələyə və plastik hissələri əyə və ya əridə
bilər.
•
Cihazı soyuq temperaturda saxlamayın. Cihaz
isinərək normal temperatura qayıtdıqda cihazın içində
nəmlik yarana bilər və bunun nəticəsində elektron
sxemlər zədələnə bilər.
•
Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş
qaydada açın.
•
İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio
cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
•
Cihazı yerə salmayın, taqqıldatmayın və ya
silkələməyin. Kobud rəftar daxili sxem platasını və
mexanika elementlərini qıra bilər.
•
Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz,
quru parçadan istifadə edin.
•
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri
tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
•
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və
batareyanı çıxarın.
•
Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq
saxlayın.
•
Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən
azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda,
yaddaş kartında və ya kompüterdə və ya vacib
məlumatı yazın.