Nokia C3 00 - Sizin cihaz haqqında

background image

Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz (E)GSM 850, 900,

1800 və 1900 MHz şəbəkələri-da istifadə üçün təsdiq

edilmişdir. Şəbəkə haqqında daha ətraflı məlumat əldə

etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.

Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən

qurulan əlfəcinlər və bəndlər ola bilər və sizə üçüncü tərəf

saytlara daxil olmağa imkan verə bilər. Bunlar Nokianın

himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır.

Əgər siz belə saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib

üçün ehtiyat tədbirlərini həyata keçirin.

Xəbərdarlıq:

Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının

istifadəsi üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə

və ya təhlükə törədə biləcəyi hallarda telefonu işə salmayın.

Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və

müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər

şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin.

Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng

siqnalları melodiyalarının və digər məzmunlu funksiyaların

surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya

köçürülməsinə mane ola bilər.

32

Ətraf mühiti qoruyun

© 2011 Nokia. Bütün hüquqlar qorunur

background image

Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın

ehtiyat nüsxəsini çıxarın və ya yazılı qeyd edin.

Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı

əldə etmək üçün onun istifadə təlimatını oxuyun. Uyğun

olmayan məhsulları qoşmayın.

Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli

ola bilər.

Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün

istifadəçinin təlimatlarına müraciət edin.