Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə
ehtiyacınız var. Bəzi xüsusiyyətlər bütün şəbəkələrdə
mövcud deyil; digər xüsusiyyətlər onlardan istifadə etməyiniz
üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə
etməyinizi tələb edə bilər. Şəbəkə xidmətlərinə məlumatın
ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər şəbəkələr
üzərindən rouminq qiymətləri barədə təfərrüatlar üçün
xidmət provayderinizlə əlaqə saxlayın. Sizin xidmət
təminatçınız hansı dəyişliklərin tətbiq olunacağını izah edə
bilər. Bəzi şəbəkələr sizin bu cihazın TCP/IP protokolları və
dildən asılı olan simvollarla işləyən WAP 2.0 protokolları
(HTTP və SSL) kimi şəbəkə dəstəklənməsini tələb edən bəzi
xüsusiyyətlərini necə istifadə edəcəyinizə təsir edən
məhdudiyyətlər qoya bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda
quraşdırılmış müəyyən funksiyalar istifadə edilməsin və
aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyu
adları, menyu sırası və nişanlar kimi tələbə uyğunlaşdırılmış
elementlər də ola bilər.