
microSD kartın daxiledilməsi
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu
cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün
təsdiqlənmiş sənaye standartlarından
istifadə edir, amma bəzi kart modelləri bu
cihaza tam uyğun olmaya da bilər. Uyğun
olmayan yaddaş kartının istifadəsi
yaddaş kartını, habelə cihazı zədələyə
bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Telefonunuz 8 QB qədər yaddaş həcmi ilə
microSD kartlarını dəstəkləyir.
Cihaz ilə uyğun yaddaş kartı təchiz oluna
bilər və artıq cihazda yerləşdirilmiş ola
bilər. Əgər bu belə deyilsə, aşağıdakıları
edin:
1 Yaddaş kartı slotunun örtüyünü açın.
2 Kartı kontakt səthinin üzüyuxarı
şəkildə yaddaş kartı slotuna daxil
edin və yerinə möhkəm bağlacağına
qədər basın.
3 Yaddaş kartı slotunun örtüyünü
bağlayın.