![background image](https://i.helpdoc.net/Nokia C3 00/az/Nokia C3 00_az032.png)
Tullantıların təkrar istifadəsi
Bu cihaz istehlak müddətinin sonuna
çatdıqda onun bütün materialları,
materiallar və enerji kimi yenidən bərpa
oluna bilər. Düzgün utilazasiya və ya
təkrar istifadəni təmin etmək üçün Nokia
We:recycle adlanan proqram vasitəsilə
tərəfdaşları ilə əməkdaşlıq edir.Köhnə
Nokia məhsullarınızı necə yenidən
istifadə etməyə və toplanma yerlərini
tapmağa dair məlumat üçün
www.nokia.com/werecycle və ya mobil
cihazdan istifadə edərək nokia.mobi/
werecycle ünvanına daxil olun və ya
Nokia Əlaqə Mərkəzinə zəng edin.
Siz qablaşdırma materiallarını və
istifadəçi təlimatlarını öz yerli təkrar
istifadə qaydalarınıza uyğun olaraq təhvil
verə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X
işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün
elektrik və elektronik məhsullar,
batareyalar və akumulyatorlar istifadə
müddətləri bitdikdə ayrı yerlərə
atılmalıdır. Bu tələb Avropa İttifaqında
tətbiq olunur. Bu məhsulları
çeşidləndirilməmiş bələdiyyə
tullantılarının arasına yerləşdirməyin.
Cihazınızın ətraf mühit xüsusiyyətləri ilə
bağlı daha ətraflı məlumat üçün
www.nokia.com/ecodeclaration
ünvanına baxın.